İsrail beynəlxalq QHT işçilərinə viza verilməsini DAYANDIRDI

 21:17 17.09.2024     134

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bəyan edib ki, İsrail beynəlxalq QHT rəhbərlərinə və işçilərinə viza verilməsini dayandırıb.

Redaktor.az xəbər verir ki, "X" sosial media hesabındakı paylaşımında Lazzarini, humanitar yardım ehtiyacları artmağa davam etdikcə, daha çox humanitar yardım işçisinə ehtiyac olduğuna, lakin indi bunun əksinin baş verdiyinə diqqət çəkərək deyib:

"İsrail hakimiyyəti beynəlxalq QHT-lərin rəhbərlərinə və əməkdaşlarına viza verilməsini dayandırıb. Bu təşkilatlar illərdir BMT ilə sıx əməkdaşlıq edərək ehtiyacı olan insanlara humanitar yardım edir".

Lazzarini, İsrailin humanitar yardım təşkilatlarının və beynəlxalq medianın öz işlərini layiqincə yerinə yetirməsinə mane olduğunu vurğulayaraq, buna son qoyulması və məhdudiyyətlərin aradan qaldırılması lazım olduğunu qeyd edib.

Seymur BƏNNAYEV