Blinken Qəzzada atəşkəs danışıqları ilə bağlı Misirə GETDİ

 21:22 17.09.2024     139

Antoni Blinken Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı mövcud vəziyyəti qiymətləndirmək üçün Misirə gedib.

Redaktor.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Blinken Misirin paytaxtı Qahirəyə getmək üçün Vaşinqtondan ayrılıb.

Blinken Qəzzada qeyri-müəyyən vəziyyətdə qalan atəşkəs prosesinin canlandırılması və Misirlə mövcud vəziyyəti dəyərləndirmək üçün Misirlə danışıqlar aparacaq.

Qahirədə keçiriləcək ABŞ-Misir Strateji Dialoq Toplantısına qatılacaq Blinkenin bu dəfə İsrailə səfəri gözlənilmir.

Seymur BƏNNAYEV