"Boris" fırtınası Avropanı vurdu! Ölənlərin sayı artır

 21:59 17.09.2024     127

Avropanı vuran “Boris” qasırğası nəticəsində Rumıniyada 7, Polşada 7, Avstriyada 5, Çexiyada 3 nəfər həlak olub.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, fırtına səbəbi ilə həyatını itirənlərin sayı 22-yə yüksəlib.

Mərkəzi və Şərqi Avropanı vuran "Boris" fırtınasının fəsadları getdikcə artır. Həftə sonundan etibarən Polşanın cənubunda təsirli olan fırtınanın gətirdiyi şiddətli yağışlar səbəbi ilə Aşağı Sileziya (Dolnı Slask), Yuxarı Sileziya (Qornı Slask), Opole və Lubusz Voyevodalıqlarında çayları, bir çox yaşayış məntəqəsini su basıb.

Polşa Polis İdarəsindən verilən açıqlamada fırtınada həyatını itirənlərin sayının 7-yə yüksəldiyi bildirilib. Həddindən artıq yağış və daşqınlar nəticəsində Stronie Slaskie, Klodzka, Qlucholazy və Ladek Zdroj şəhərlərində 10-dan çox insanın itkin düşdüyü bildirilib.

Seymur BƏNNAYEV