İsrail Livana hava hücumu etdi : Ölənlər var

 23:26 17.09.2024     152

İsrail ordusunun Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb.

Redaktor.az xəbər verir ki, çövzu ilə bağlı Livan Səhiyyə Nazirliyinə bağlı Xalq Sağlamlığı Təcili Əməliyyat Mərkəzindən açıqlama verilib.

Açıqlamada İsrail ordusunun Livanın cənubundakı Majdel Silm qəsəbəsinə təşkil etdiyi hava hücumunda 2 nəfərin öldüyü bildirilib.

Sözügedən hücumun Livanda peycerlərin partladılmasından qısa müddət sonra həyata keçirilməsi diqqət çəkib.

Seymur BƏNNAYEV