Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib

 23:31 17.09.2024     160

ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından ölkənin ən yüksək vəzifəsinə namizəd Kamala Harris ikinci dəfə həyatına sui-qəsd cəhdindən sonra Respublikaçı rəqibi Donald Trampa zəng edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Vitse-prezident Harris bu gün günortadan sonra keçmiş prezident Trampa zəng edərək, onun yaxşı olduğuna sevindiyini birbaşa bildirib. Səmimi və qısa söhbət olub", - açıqlamada deyilir.

Qeyd edək ki, bu hadisə Pensilvaniya ştatının Butler qraflığında Trampa sui-qəsddən təxminən iki ay sonra baş verib. Tramp iyulun 13-də seçki kampaniyası zamanı güllələnib. Respublikaçı qulağından yüngül yaralanıb. Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks yüksək dövlət məmurlarını, prezidentliyə namizədləri və keçmiş liderləri qoruyan ABŞ Gizli Xidmətinin üzvləri tərəfindən öldürülüb. FTB hadisənin qətlə cəhd kimi qiymətləndirildiyini təsdiqləyib.

Turan İSMAYIL