"Türk dünyasına kəsə yolla bağlanacağıq" - Türkiyəli nazir

 15:09 18.09.2024     110

Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam edir.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu”nun efirində deyib.

O bildirib ki, Azərbaycanda bu istiqamətdə işlər xeyli dərəcədə tamamlanıb:

“Naxçıvanda təxminən 180 kilometrlik hissədə işlər görülür. Onlar da davam edir. Türkiyə tərəfdən Dilucudan, Iğdırdan Qarsa qədər gəlib Bakı-Tbilisi-Qars xəttinə bağlanacaq 224 kilometrlik bir dəhliz var. Beləliklə, Türk dünyasına kəsə yolla bağlanmış olacağıq”.