Borrel Gürcüstana bu qanunla bağlı çağırış ETDİ

 16:05 18.09.2024     106

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Gürcüstan hakimiyyətini LGBT təbliğatını və cinsin dəyişdirilməsini qadağan edən qanunu ləğv etməyə çağırıb. 

Redaktor.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Borrelin sözlərinə görə, Gürcüstanın ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi qanunları insanların əsas hüquqlarını pozacaq, ayrı-seçkilik və stiqmanı artıracaq. O, Gürcüstanı “ölkəni Avropa İttifaqı yolundan daha da yayındıran” qanunu ləğv etməyə çağırıb.

Sevinc İBRAHİMZADƏ