Avrasiya Qadınlar Forumu fəaliyyətə başladı

 16:38 18.09.2024     283

Avrasiya Qadınlar Forumu Sankt-Peterburqda fəaliyyətə başlayıb.

Redaktor.az xəbər verir ki, forumda dünyanın 126 ölkəsindən qadın liderlər iştirak edib.

Bu il Rusiyanın şimal paytaxtında ölkənin regionlarından rekord sayda - 2000 iştirakçı toplanıb, digər dövlətlərdən və beynəlxalq təşkilatlardan isə  600-dən çox nümayəndə iştirak edib. Forumun biznes proqramına hər biri dünyada baş verən qlobal proseslərdə qadınların iştirakına həsr olunmuş beş tematik platforma daxildir.

Sevinc İBRAHİMZADƏ

Vumart və Güvən reklamı Vumart Güvən