Çin 9 Amerika şirkətinə məhdudiyyətlər QOYDU

 17:15 18.09.2024     103

Çin ABŞ-nin Tayvana silah satmaq planlarının “vahid Çin” prinsipinin pozulması və onun daxili işlərinə müdaxilə olduğunu bildirib. 

Redaktor.az xəbər verir ki, buna cavab olaraq Pekin 9 Amerika şirkətinə məhdudiyyətlər qoyub.

Məlumata görə, onların Çindəki aktivləri dondurulacaq. Çin vətəndaşlarına və şirkətlərinə sanksiya tətbiq olunan şirkətlərlə iş görmək qadağandır.

Çin hesab edir ki, Vaşinqtonun Tayvana silah satmaq qərarı Çin-ABŞ birgə bəyanatına ziddir. Pekin bəyan edib ki, ABŞ-nin bu cür planları “Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi ziyan vuracaq”.

Sevinc İBRAHİMZADƏ