Rusiya Yaponiyadan balıq idxalına qadağa qoyub

 18:03 18.09.2024     144

Yaponiyanın “Fukusima-1” AES-dən zəif radioaktiv suyun axıdıldığı yerin yaxınlığında tutulan balıqlar təhlükəsizdir, lakin yapon balıqlarının Rusiyaya idxalına qoyulan qadağa hələ də qalır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert Beynəlxalq Balıqçılıq Forumu və Balıqçılıq sənayesi, dəniz məhsulları və texnologiyaları sərgisi çərçivəsində jurnalistlərə bildirib.

“Biz əsasən balıqları izləyirik, hələlik balıqda heç nə tapmamışıq, amma hələ də onu Yaponiyadan almırıq. Biz təhlükəsizliyə nail olmaq prinsipi ilə hərəkət edirik, eyni zamanda ehtiyat tədbirlərini qoruyub saxlayırıq”, - Rosselxoznadzor rəhbəri vurğulayıb.

Qeyd edək ki, “Fukusima-1” Atom Elektrik Stansiyasının ərazisində 1,34 milyon tondan çox su yığılıb. Bununla əlaqədar Yaponiya hökuməti təmizlənmiş suyu tədricən okeana buraxmaq qərarına gəlib. Bu əməliyyat 30-40 il çəkəcək. Su təmizlənir, lakin tərkibində hələ də tritium var, onu çıxarmaq mümkün deyil. Tritiumun icazə verilən maksimum konsentrasiyası 1 litr üçün 1,5 min bekkereldir.

 

Tokionun qərarı bəzi ölkələrdə narazılığa səbəb olub. Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi suyun buraxılmasının birinci mərhələsinin başladığı 24 avqust 2023-cü il tarixindən Yaponiyadan dəniz məhsulları idxalını tamamilə dayandırıb.

Rosselxoznadzor ehtiyat tədbiri olaraq oktyabrın 16-dan etibarən ÇXR-in Yaponiyadan balıq və dəniz məhsullarının idxalı ilə bağlı müvəqqəti məhdudlaşdırıcı tədbirlərinə qoşulub.

Turan İSMAYIL