Aramyan beynəlxalq axtarışa verildi

 18:26 18.09.2024     133

DOXA tələbə onlayn nəşrinin keçmiş redaktoru Armen Aramyan terrorizmi təbliğ etdiyinə görə beynəlxalq axtarışa verilib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a onun barəsində həbs-qətimkan tədbiri seçən Basmannı məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

“Aramyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin “e” bəndi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur. (Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi haqqında qəsdən yalan məlumatların ictimai yayılması, terror fəaliyyətinə açıq çağırışlar, terrorizmə ictimai haqq qazandırmaq və ya terrorizmin təbliği). O, beynəlxalq axtarışdadır”, - deyə məhkəmədən bildiriblər.

Turan İSMAYIL