Kanyonda gəzən turist üzərinə daş düşməsi nəticəsində ÖLDÜ

 19:49 18.09.2024     113

Yunanıstanın Krit adasındakı Samariya kanyonunda gəzintiyə çıxan turist üzərinə daş düşməsi nəticəsində dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki,  Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, turistlər Krit adasındakı Samariya Kanyonunda gəzintiyə çıxarkən güclü yağış başlayıb.

Yağışların torpaq strukturunu zəiflətməsi nəticəsində daş kanyondan qoparaq qadın turistin üzərinə düşüb.

Ağır xəsarət alan qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.

Seymur BƏNNAYEV