Fələstinin BMT-yə təqdim etdiyi qanun layihəsi qəbul EDİLDİ

 20:13 18.09.2024     212

Fələstinin ilk dəfə BMT Baş Assambleyasına təqdim etdiyi və İsrailin 12 ay ərzində işğal etdiyi torpaqlardan çıxmasını tələb edən qətnamə 14 əleyhinə 124 leyhinə səslə qəbul edilib.

Redaktor.az xəbər verir ki, Fələstinin ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim etdiyi və İsraildən 12 ay ərzində işğal etdiyi ərazilərdə mövcudluğuna son qoymasını tələb edən qətnamə layihəsi qəbul edilib.

Fələstinin BMT-dəki Daimi Nümayəndəliyi may ayında BMT Baş Assambleyasında keçirilən səsvermə ilə əldə etdiyi əlavə hüquqlardan sonra ilk qətnamə layihəsini Baş Assambleyaya təqdim edib.

Səsvermədə 43 ölkə bitərəf qalıb. ABŞ, İsrail, Çexiya, Argentina, Macarıstan, Fici, Malavi, Mikroneziya, Nauru, Palau, Papua Yeni Qvineya, Paraqvay, Tonqa və Tuvalu əleyhinə səs verib.

Seymur BƏNNAYEV