İsrail silahlı münaqişənin yeni mərhələsinə başladı

 20:50 18.09.2024     137

İsrail silahlı münaqişənin yeni mərhələsinin başlaması ilə əlaqədar ağırlıq mərkəzini şimala keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib.

“Biz yeni müharibə dövrünə qədəm qoyuruq və uyğunlaşmalıyıq. Hazırkı mərhələdə bütün səviyyələrdə bütün təşkilatlarla sıx əməkdaşlıqda hərəkət etmək çox vacibdir”, - deyə qeyd edib.

Türkan İSGƏNDƏRLİ