Almaniya İsrailə silah ixracını DAYANDIRDI
Almaniya İsrailə silah ixracını dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Almaniya keçən il hərbi texnika və döyüş silahları da daxil olmaqla 326,5 milyon avro (363,5 milyon dollar) dəyərində silah ixracını təsdiqləyib.
Ancaq Almaniyanın bu cür ixracın humanitar qanunları pozduğunu iddia edən məhkəmə qərarı yekunlaşana qədər İsrailə silah ixracı üçün lisenziyaların təsdiqlənməsi səyləri dayandırılıb.
Türkan İSGƏNDƏRLİ