İsrail ordusu 2 evi bombaladı: Ölənlər var
Fələstin Mülki Müdafiə İdarəsindən verilən açıqlamaya görə, İsrail ordusunun Qəzza zolağının cənubunda iki evə təşkil etdiyi hücumlarda 8 fələstinli həyatını itirib.
Redaktor.az xəbər verir ki, Fələstin Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada, İsrail ordusunun Qəzza zolağınıncənubundakı Rəfah şəhərinin şimalında yerləşən əz-Zuhur məhəlləsində "əl-Qadi" ailəsinə məxsus evi bombaladığı bildirilib.
Bildirilib ki, İsrailin hücumundan sonra mülki müdafiə qrupları 2 fələstinlinin meyitini evdən çıxarıb.
Qəzzanın cənubundakı Xan Yunus şəhərində də “ən-Nəccar” ailəsinə məxsus ev İsrail ordusu tərəfindən bombalanıb.
Qeyd olunub ki, evdən didərgin salınan “Huveyc” ailəsindən 6 fələstinlinin cəsədi mülki müdafiə qrupları tərəfindən çıxarılıb.
İsrail ordusunun Qəzzada məcburi köçkün fələstinlilərin sığındığı məktəbə təşkil etdiyi hücumda 5-i uşaq, 2-si qadın olmaqla 8 nəfər həyatını itirib.
Seymur BƏNNAYEV