FED son dörd ildə ilk dəfə olaraq baza dərəcəsini aşağı saldı
Amerika tənzimləyicisinin saytında yayılan məlumatda deyilir ki, ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FED) iclasın sonunda baza dərəcəsini 4,75-5,00%-ə endirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Faiz intervalında azalma bazar tərəfindən gözlənilən idi. Göstərici 2000-ci ildən bəri ən yüksək həddə çatıb. Federal Ehtiyat, COVİD-19 pandemiyası fonunda iqtisadiyyatı dəstəkləmək üçün son dəfə 2020-ci ildə dərəcələri endirdi. Daha sonra inflyasiyanın artması səbəbindən 5,25-5,50%-ə çatdı.
Turan İSMAYIL