İran Livandan gələn yaralıları müalicə EDƏCƏK

 09:43 19.09.2024     110

İranın Qızıl Aypara Cəmiyyəti Livanda kütləvi peycer partladılması nəticəsində yaralanan 95 nəfərin İranda müalicə olunmaq üçün təxliyyəsini təşkil edəcək.

Redaktor.az xəbər verir ki, bu insanların bütün ölkə üzrə xəstəxanalara aparılacağı bildirilib.

Məlumata görə, yaralıların əksəriyyətinin qollarında və gözləri xəsarət alıb.

Xatırladaq ki, sentyabrın 17-də Livanın müxtəlif yerlərində peycerlər partladılıb. Nəticədə ikisi uşaq olmaqla on iki nəfər həlak olub, daha 2800 nəfər xəstəxanaya yerləşdirilib. 

Türkan İSGƏNDƏRLİ