İlon Mask ABŞ-ni senzurada ittiham etdi

 10:20 19.09.2024     84

Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ-də bütün sahələrdə senzuranın həyata keçirildiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Mask qeyd edib ki, məhdudiyyətlər Amerika həyatına nüfuz edib.

"Birləşmiş Ştatların hər yerində senzura var. Vətəndaşların ABŞ-də hökumət senzurasının nə qədər güclü olması barədə ümumi təsəvvürləri yoxdur"

Türkan İSGƏNDƏRLİ