Litva 2030-cu ilə qədər ordusunu genişləndirəcək

 10:42 19.09.2024     109

Litvada 2030-cu ilə qədər 15,5 min peşəkar hərbçi və 50 min ehtiyatda olan hərbçi orduda xidmət etməlidir.

Redaktor.az xəbər verir ki, bunu respublikanın müdafiə naziri Laurinas Kasciunas deyib.

“Biz indi Silahlı Qüvvələrimizin əsas strukturuna yeni piyada diviziyasını əlavə etməyi planlaşdırırıq. Diviziya ölçülü hərbi hissə 2030-cu ilə qədər mövcud hərbi hissələrin gücləndirilməsi və yenilərinin yaradılması yolu ilə mərhələli şəkildə formalaşdırılacaq".

Müdafiə Nazirliyi rəisinin sözlərinə görə, piyada diviziyasına çağırışçılar, karyera hərbçiləri, könüllülər və ehtiyatda olanlar da daxil olmaqla, təxminən 17,5 min əsgər daxil olacaq. Həmçinin bildirilir ki, Litva hakimiyyəti 2027-ci ilə qədər hər il altı mindən çox gənci icbari hərbi xidmətə cəlb etmək üçün çağırışçıların sayını artırmağı planlaşdırır.

Sevinc İBRAHİMZADƏ