"X" bu hesabları blokladı

 11:04 19.09.2024     141

Amerikalı sahibkar İlon Maska məxsus "X" bəzi istifadəçilərin hesablarının bloklanması ilə bağlı Braziliya hakimiyyətinin tələblərini yerinə yetirməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli "Correio Braziliense" qəzeti məlumat yayıb

Məlumata görə, onların arasında “YouTube” videohostinq xidmətinin bəzi aktiv istifadəçilərinin və ölkə hakimiyyətinin dezinformasiya yaymaqda və dövlət qurumlarına hücumlarına şərait yaratmaqda şübhəli olduğu bloqçuların səhifələri var.

Braziliya Federal Ali Məhkəməsinin hakimi Alexander de Moraisin hesabların bloklanması tələbinin yerinə yetirilməsinə baxmayaraq, Mask hələ də "X"in respublika ərazisində nümayəndəsini təyin etməyib.

Türkan İSGƏNDƏRLİ