Spiker ABŞ-nin sanksiyalarının səbəbini AÇIQLADI
ABŞ-nin sanksiyaları Gürcüstandakı seçkilərlə bağlıdır.
Redaktor.az xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili deyir.
“ABŞ-nin Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək qərarını elan etmək üçün seçilən vaxt ölkədə qarşıdan gələn parlament seçkiləri və müxalifəti sıxışdırmaq istəyi ilə bağlıdır, çünki onlar bizim tamamilə dəyərsiz müxalifətimiz olduğunu görürlər”, - Papuaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanın hakim qüvvəsinə qarşı səsləndirilən saxta ittihamlar ictimaiyyətə heç bir təsir göstərə bilməyəcək.
Qeyd edək ki, sentyabrın 16-da ABŞ Maliyyə Nazirliyi iki hökumət rəsmisi və iki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edib, ABŞ Dövlət Departamenti isə 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq edib.
Sevinc İBRAHİMZADƏ