Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır - Putin

 19:08 19.09.2024     79

2023-cü ildə Rusiya Federasiyasının Silahlı Qüvvələrinə 140 min pilotsuz uçuş aparatı (PUA) tədarük edilib, bu il istehsalın 10 dəfə artırılması planlaşdırılır.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Sankt-Peterburqda Rusiya Hərbi-Sənaye Komissiyasının iclasında deyib.

“2023-cü ildə Silahlı Qüvvələrə 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz uçuş aparatı tədarük edilib. Bu il istehsalın 10 dəfəyə qədər artırılması planlaşdırılır. 2030-cu ilə qədər Rusiyada PUA-ların layihələndirilməsi, sınağı və istehsalı üzrə 48 xüsusi elmi-istehsal mərkəzi yaradılacaq", - Rusiya lideri bildirib.

O əlavə edib ki, pilotsuz uçuş aparatlarının istehsalı üzrə milli layihənin həyata keçirilməsi Rusiya Federasiyasının bu sahədə texnoloji suverenliyinin açarıdır.