ABŞ müdafiə naziri İsrailə səfərini təxirə SALDI

 21:52 19.09.2024     85

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sentyabrın 22-də İsrailə planlaşdırılan səfərinin Hizbullahla yaşanan gərginliyə görə təxirə salındığı açıqlanıb.

Redaktor.az xəbər verir ki, İsrail mətbuatında dərc olunan xəbərdə səfərin naməlum bir tarixə təxirə salındığı bildirilib.

Xəbərdə adı açıqlanmayan bir İsrail rəsmisi, Livanda peycer və radioların partlaması səbəbindən İsrail və Hizbullah arasında artan gərginlik səbəbiylə Ostinin səfərinin təxirə salındığını bildirib.

ABŞ-ın müdafiə naziri Ostinin Hizbullahla gərginliyi müzakirə etmək üçün İsrailə səfər etməyi planlaşdırdığı bildirilib.

Seymur BƏNNAYEV