Quterreş və komandası Livandakı hadisələri diqqətlə izləyir - BMT

 21:54 19.09.2024     92

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katib Antonio Quterres və komandasının Livandakı hadisələri yaxından izlədiyini bildirib.

Redaktor.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

BMT-nin Livan üzrə Xüsusi Koordinatoru Jeanine Hennis-Plasschaertin bütün tərəflərlə təmasda olduğunu ifadə edən Dujarrik, mötədilliyə çağırdığını və diplomatik səyləri dəstəkləməyə davam etdiyini bildirib.

Quterreş və komandasının Livan və İsrailin şimalında baş verənləri yaxından izlədiyini vurğulayan Dujarrik bütün tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə çağırıb.

Düjarrik BMT-nin Livan Sülh Qüvvələrinin də tərəflərlə təmasda olduğunu bildirib.

Seymur BƏNNAYEV