Alimlər koronavirusun necə yayılmasını sübut etdilər

 23:40 19.09.2024     98

Çin, Amerika və Avropa alimləri koronavirusun Uhan şəhərindəki dəniz məhsulları bazarından bütün Çinə, sonra isə bütün dünyaya yayılmağa başladığını sübut ediblər.

Redaktor.az xəbər verir ki, bBu barədə "Cell" elmi jurnalında dərc olunan məqalədə deyilir.

Mütəxəssislər 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində Uhan bazarında toplanan və yoluxma mənbəyi məməlilər - civets, bambuk siçovulları və yenot itləri olan bir çox koronavirus genom fraqmentlərinin strukturunu tədqiq ediblər. Məlum olub ki, onlar həqiqətən də yoluxublar və COVID-19-un ilk hallarının qeydə alındığı bazarın qərb hissəsində qeyri-qanuni şəkildə satılıblar.

Turan İSMAYIL