İsrail Livanın cənubunda bombardmanları ARTIRDI

 23:48 19.09.2024     71

İsrail ordusu Livanın cənubunu bombardmanının intensivliyini artıraraq, 20 dəqiqə ərzində təxminən 70 zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, İsrail aviasiyası Livan Hizbullah hərəkatının hədəflərinə silsilə hücumlar həyata keçirib. Telekanal bu zərbələri Fələstin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrail ərazisini işğal etməsindən sonra Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin başlanğıcından bəri ən kütləvi zərbə adlandırır.

Turan İSMAYIL