Avropa Komissiyasının sədri Kiyevə SƏFƏR ETDİ

 09:36 20.09.2024     49

Avropa Komissiyasının sədri Ursula von der Leyen rəsmi səfər üçün Ukraynanın paytaxtı Kiyevə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki  səhifəsində məlumat verib.

"Mən bura Avropa dəstəyini müzakirə etmək üçün gəlmişəm. Qış hazırlığından müdafiəyə, ilhaqdan G7-dən kredit almaqda irəliləyişlərə qədər", - o bildirib.