Niderland hərbi xidmətdən yayınan ukraynalıları deportasiya edəcək

 10:12 20.09.2024     88

Niderland höküməti hərbi xidmətdən yayınanlar da daxil olmaqla, hərbi yaşda olan ukraynalı kişilərin vətənlərinə göndərilməsi imkanlarını araşdıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə baş nazir Dik Şof bildirib.

O, bu barədə Azadlıq Partiyasının lideri Geert Vildersin sorğusuna cavab olaraq bildirib. Şof bu mövzuda "son dərəcə diqqətli" olmağın vacibliyini də vurğulayıb.

Niderland Milli Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin noyabrına olan məlumata görə, ölkədə təxminən 19 000 hərbi yaşda olan ukraynalı yaşayıb. Eyni zamanda, ötən ilin sonunda Ukraynadan olan təxminən 39 min kişi ölkədə qeydiyyata alınıb.

Sevinc İBRAHİMZADƏ