Ermənistan gələn il Qarabağ ermənilərinə maliyyə yardımı EDƏCƏK
Ermənistan hökuməti 2025-ci il üçün Qarabağ ermənilərinin müəyyən qruplarına maliyyə yardımı proqramı hazırlayacağını vəd edir.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Gələn ilin büdcəsi hələ tərtib mərhələsində olunduğundan yardım mexanizmləri və onun əhatə dairəsi dəqiqləşdirilməyib.
Qarabağdan köçən ermənilər üçün ümumi dəstək proqramı 2024-cü ilin sonunda başa çatır, lakin onlar Ermənistan Respublikasının vətəndaşlığını qəbul etsələr, bu, kəsilməyəcək. Bu barədə ölkənin Sosial Əmək Nazirliyi bildirib. Bunun yerinə mənzil ala bilmələri üçün dövlət dəstəyi proqramı ilə əvəz olunacaq.
Sevinc İBRAHİMZADƏ