Zelenski Rusiya ilə münaqişəyə son qoymaq İSTƏYİR
![](https://img.redaktor.az/news/2024/09/photo_254684.jpg)
Ukrayna ilə Rusiya arasında münaqişə 2024-cü ildə bitməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski bildirib .
O, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə birgə konfrans zamanı münaqişəyə 2024-cü ildə son qoymaq niyyətlərini açıqlayıb. Eyni zamanda, özünün “sülh formulunu” münaqişənin həllinin yeganə yolu adlandırıb.
“Biz bu il ikinci “sülh sammiti”ni – bu münaqişəyə son qoya biləcək sammiti təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik. Konfrans Rusiya ilə qarşıdurmanın yekun həllinə gətirib çıxarmalıdır”, - deyə Zelenski vurğulayıb.
Türkan İSGƏNDƏRLİ