AK Ukraynaya 35 milyard avro kredit ayıracaq

 16:10 20.09.2024     91

Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukraynaya 35 milyard avro kredit ayrılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, AB Komissiyası G7 öhdəliyi çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kredit verəcək. Həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəlinib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür.

Türkan İSGƏNDƏRLİ