Norveç Ukraynaya yardım proqramının müddətini uzatdı

 16:22 20.09.2024     83

Norveç Ukraynaya yardım proqramını altı il müddətinə uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə Krallığın baş naziri Jonas Qahr Stere bildirib.

Proqramın genişləndirilməsi üçün Norveçin Ukraynaya yardım proqramını üç il müddətinə uzadacağı və ümumilikdə 60 milyard Norveç kronu (5,7 milyard dollar) ayıracağı qeyd edilir. Beləliklə, yardımın məbləği 135 milyard krona qədər artırılacaq və 2030-cu ilə qədər qüvvədə olacaq.

Türkan İSGƏNDƏRLİ