Türkiyə polisi 88 İŞİD şübhəlisini SAXLADI
Türkiyə polisi ölkənin 23 vilayətində reydlər keçirərək, İŞİD terror qruplaşmasının fəaliyyətində şübhəli bilinən 88 nəfəri saxlayıb.
Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat yayıb.
O, əməliyyatların Türkiyə Baş Təhlükəsizlik İdarəsi, Terrorla Mübarizə İdarəsi və regional təhlükəsizlik qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib. Saxlanmalar Ankara, Antalya, İstanbul və Konya və digər şəhərlərdə baş verib.
Onların vətəndaşlığı barədə məlumat verilmir.
Türkan İSGƏNDƏRLİ