Türkiyənin BRİKS-ə daxil olmasını əngəlləməyə ÇALIŞACAQLAR

 16:42 20.09.2024     81

Ankaranın BRİKS-ə üzv olmaq istəyi Türkiyənin daxilindəki qərbyönlü dairələrdə təşviş yaradıb və onlar bu perspektivi əngəlləməyə çalışacaqlar.

Redaktor.az xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu deyib.

"Türkiyənin BRİCS-ə müraciət etməsi xəbəri ümumi sükutla qarşılansa da, bu, qərbyönlü dairələrdə, xüsusən də Türkiyə daxilində böyük narahatlığa səbəb oldu. Hər halda, Türkiyədəki qərbyönlü tərəfdarlar bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək, o cümlədən təxribat törədəcəklər”, - siyasətçi qeyd edib.

Türkan İSGƏNDƏRLİ