Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu ölkədən deportasiya ediləcək - YENİ QANUN
Öbəkistanda senatın plenar iclasında “Özbəkistan Respublikasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklik və əlavələr edilib.
Redaktor.az xəbər verir ki, qanuna əsasən, bundan sonra Özbəkistanda olması qəbul edilməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyahısı yaradılacaq.
Özbəkistanın suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini pozan, habelə dövlətlərarası sosial, milli, irqi və dini düşmənçiliyə səbəb olan, xalqın şərəf, ləyaqət və ya tarixini təhqir edən açıq çıxışlar və ya hərəkətlər edən xarici vətəndaşlar bu siyahıya daxil ediləcək.
Özbəkistan ərazisində olması qəbul edilməyən əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəlməsi, bank hesabları açması, daşınmaz əmlak alması, dövlət əmlakının özəlləşdirilməsində iştirak etməsi, maliyyə və müqavilə münasibətlərinə girməsi 5 il müddətində qadağandır. Onlar Özbəkistandakı əmlakını sata və ya bağışlaya bilərlər.
Siyahıda olan şəxs Özbəkistanda qalan və ya müvəqqəti yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxsdirsə, ona ölkəni tərk etmək üçün 10 gün vaxt verilir. Həmin şəxs göstərilən müddətdə Özbəkistanı tərk etmədikdə, daxili işlər orqanlarının müəyyən etdiyi qaydada deportasiya ediləcək.
Cinayətkarın siyahıda qalma müddəti 5 ildir və bu müddət ərzində siyahıda olmasının səbəblərini aradan qaldırarsa, onun qeydi daha tez silinə bilər.
Qanun senatorlar tərəfindən təsdiqlənib.
Sevinc İBRAHİMZADƏ