İsrail Beyruta hava zərbələri endirdi

 18:51 20.09.2024     46

İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hizbullaha yaxın mənbə isə AFP-yə İbrahim Akilin İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.