Ərdoğan Kamala Harrislə görüşmək İSTƏYİR
![](https://img.redaktor.az/news/2024/09/photo_254725.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə başlayacaq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi öncəsi ABŞ vitse-prezidenti Kamala Harrislə görüşmək istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, görüşdə məqsəd Türkiyə - ABŞ münasibətlərinin səviyyəsini qorumaqdır.
Hələlik mümkün görüşlə bağlı rəsmi açıqlama yoxdur.