Təyyarədə sərnişinin yeməyindən siçan ÇIXDI

 20:54 20.09.2024     67

Skandinaviya Hava Yollarına (SAS) məxsus təyyarə sərnişinin yeməyində siçan tapıldığı üçün təcili eniş edib.

Redaktor.az xəbər verir ki, beynəlxalq mətbuatda yer alan xəbərə görə, sentyabrın 18-də Oslo-Malaqa reysini həyata keçirən “SK4683”  SAS təyyarəsində sərnişinin yeməklərində siçan tapılıb.

Sərnişin üçün nəzərdə tutulmuş yeməyin içərisindən çıxan siçan təyyarənin salonunda gözdən itib. 

Vəziyyəti "təhlükəsizlik riski" kimi xarakterizə edən uçuş heyəti təyyarəni hərtərəfli kabin yoxlaması üçün Danimarkanın paytaxtı Kopenhagenə yönəltməyə qərar verib.

Hadisədən sonra SAS sərnişin təyyarəsi Kopenhagendə məcburi eniş edib.

Seymur BƏNNAYEV