Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit VERƏCƏK

 21:31 20.09.2024     194

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri girov kimi istifadə edərək Ukraynaya 35 milyard avroya qədər kredit verəcək.

Redaktor.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevə səfər edən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Ukraynaya yeni yardım paketini açıqlayıb.

Leyen sosial media hesabından verdiyi açıqlamada Rusiyanın davamlı hücumları səbəbindən Ukraynanın daimi Aİ dəstəyinə ehtiyacı olduğunu bildirib.

Aİ Komissiyasının G7 öhdəliyi çərçivəsində Ukraynaya 35 milyard avroya qədər (39 milyard dollar) kredit ayıracağını bildirən Von der Leyen bunun Aİ-nin Ukraynanın yenidən qurulmasına verdiyi daha bir mühüm töhfə olduğunu bildirib.

Von der Leyen ilə birgə mətbuat konfransında danışan Ukrayna prezidenti Volodimir Zelenski deyib: "Biz bu pulu xüsusilə enerji və müdafiə başda olmaqla, məktəblərdə, uşaq bağçalarında və universitetlərdə bomba sığınacaqlarının tikintisinə xərcləyəcəyik".

"Vəsaitlərdən ən yaxşı şəkildə necə istifadə edəcəyinə siz qərar verəcəksiniz", - Leyen deyib. 

Seymur BƏNNAYEV