İranda 3 minə yaxın məhbusa amnistiya tətbiq EDİLDİ

 21:49 20.09.2024     76

İranın ali dini lideri Ayətullah Əli Xamenei 2 min 887 məhbusun amnistiya və ya cəzanın azaldılması çərçivəsində nəzərdən keçirilməsi təklifini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, İranın Dini Lideri Ayətullah Əli Xamenei, Məhəmməd Peyğəmbər (s) və Hz. İmam Cəfər Sadiqin doğum günü ilə əlaqədar 2 min 887 məhbusun amnistiya və ya cəzasının azaldılması təklifini təsdiqləyib. 

Bildirilib ki, sözügedən qərar İnqilab və Ümumi Məhkəmələr və Silahlı Qüvvələrin Ədliyyə Müəssisələri tərəfindən məhkum edilmiş məhbusları əhatə edir.

Seymur BƏNNAYEV