İsrail ordusu “Hizbullah”ın komandiri Aqilin öldüyünü TƏSDİQLƏDİ

 22:19 20.09.2024     68

“Hizbullah” hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Aqil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb. 

Redaktor.az  xəbər verir ki, bu məlumatı İsrail ordusunun mətbuat xidməti təsdiqləyib.

“Zərbələr nəticəsində Aqillə birlikdə “Radvan” dəstəsinin (“Hizbullah”ın elit bölmələri – red.) yüksək komandanlığının nümayəndələri də öldürülüb”, - bəyanatda deyilir.