İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində Hizbullahın 20 komandiri öldürülüb - KİV

 22:35 20.09.2024     86

İsrail rəhbərliyi hesab edir ki, Beyruta endirilən zərbə nəticəsində Radvan dəstəsinin (şiə Hizbullah hərəkatının elit bölmələri) komandanlığının 20-yə yaxın üzvü həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Hizbullah silahlı birləşmələrinin komandirlərindən biri İbrahim Aqilin zərbə nəticəsində öldüyünü təsdiqləyib. Ümumilikdə, "Axios" mənbəsinə görə, hücumlar nəticəsində Radvan dəstəsinin təxminən 20 komandiri öldürülüb.

Portalın sitat gətirdiyi İsrail rəsmiləri arasından bir mənbə təsdiqləyib ki, yəhudi dövlətinin rəhbərliyi Beyruta zərbənin hazırlanması barədə ABŞ-ni əvvəlcədən xəbərdar etməyib, lakin bunun həyata keçirildiyi barədə Amerika rəsmilərini dərhal məlumatlandırıb. Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib ki, İsrail Beyruta zərbə endirmək niyyəti barədə ABŞ-ni əvvəlcədən xəbərdar etməyib.

Turan İSMAYIL