AK daşqınlara görə bu ölkələrə 10 milyard avro ayırdı

 22:52 20.09.2024     84

Bratislava Avropa Komissiyasından (AK) Brüsselin daşqınların nəticələrinin aradan qaldırılması üçün yardım kimi Mərkəzi Avropa ölkələrinə ayırdığı 10 milyard avronun 1 milyardını alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Teraz" portalı Slovakiyanın baş naziri Robert Fikonun bəyanatına istinadla məlumat yayıb.

Hökumət rəhbərinin sözlərinə görə, 1 milyard avro onun ölkəsinə, 5 milyard avro Polşaya, 2 milyard avro Çexiyaya, 1,5 milyard avro Rumıniyaya, 500 milyon avro isə Avstriyaya gedəcək.

Sentyabrın 16-da Dunay çayı Slovakiya paytaxtının mərkəzi hissəsindəki bəndləri basıb. Bələdiyyə xidmətləri şəhərin çaya bitişik hissələrində qoruyucu qurğular quraşdırıb və polis şəhər sakinlərinə Dunaya yaxınlaşmağı tövsiyə etməyib. Bratislava qalası da ziyarətçilər üçün bağlanıb, çünki onun altındakı divarlardan biri suyun təsiri altında dağılıb. Slovakiya hakimiyyətinin ilkin hesablamalarına görə, ölkədə daşqınların vurduğu ziyan artıq 20 milyon avronu keçib.

“Boris” siklonu son günlər Avropaya çatıb və özü ilə birlikdə böyük miqdarda yağış da gətirib. Alp dağlarında yağan intensiv yağışlar səbəbindən bir sıra çaylarda, o cümlədən Dunayda suyun səviyyəsi qalxıb. Daşqınların nəticələrini bir sıra Mərkəzi Avropa ölkələrinin sakinləri hiss ediblər.

Turan İSMAYIL