Ərdoğanın vəzifəsini müvəqqəti əvəz edəcək şəxsin adı AÇIQLANDI

 09:08 21.09.2024     105

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.

Redaktor.az xəbər verir ki, dövlət başçısının bu barədə qərarı “Rəsmi qəzet”də dərc olunub.

Bildirilib ki, buna səbəb R.T.Ərdoğanın ABŞ-a səfəridir.

Qeyd olunub ki, prezidentin sentyabrın 21-dən 26-dək davam edən səfəri ilə əlaqədər Türkiyə konstitusiyasının106-cı maddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək.