Tokayevdən Paşinyana tərif dolu TƏBRİK

 10:46 21.09.2024     71

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan baş naziri Nikol Paşinyanı ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib.

Redaktor.az "Kazinform"a istinadən xəbər verir ki,Tokayev təbrik teleqramında Paşinyanın rəhbərliyi ilə Ermənistanın "dövlət quruculuğunda, vətəndaşların rifahının təmin edilməsində və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazandığını" yazıb.

Qazaxıstan prezidenti "dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhuna" sadiq qalaraq, Qazaxıstan-Ermənistan münasibətlərinin hərtərəfli möhkəmlənməsinə sadiq olduğunu təsdiqləyib.

Tokayev "Ermənistan baş nazirinə fəaliyyətində uğurlar, Ermənistan xalqına isə firavanlıq və tərəqqi" arzulayıb.