Bu olmasa, Ukraynanın sonu gələcək - Berbok
Berlin münaqişə davam etdiyi müddətdə Kiyevə hərbi yardım da daxil olmaqla yardımı davam etdirəcək.
Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
"Əks təqdirdə Ukraynanın sonu olacaq. Biz buna icazə verməyəcəyik”, - nazir bildirib.
Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.