Tiktok "Sputnik"in hesablarını SİLDİ

 21:37 21.09.2024     74

Tiktok sosial şəbəkəsi Rusiyanın “Sputnik” dövlət agentliyinin hesablarını silib.

Redaktor.az xəbər verir ki, bu barədə RT telekanalı məlumat yayıb.

Məlumata görə, 11 səhifə - “Sputnik Serbiya”, “Sputnik Afrikque”, “Sputnik Afrika”, “Sputnik Braziliya”, “Sputnik Mundo” və “Sputnik İndoneziya” və digərləri silinib.

Bundan əlavə, “Sputnik Ermənistan”, “Sputnik Belarus” kimi yaxın xarici ölkələr üçün nəzərdə tutulan 25 səhifə də deaktiv olunub.

Belə bir qərarın hansı səbəbdən verildiyi məlum deyil.