ABŞ-də atışma olub, ölən və xəsarət alanlar VAR

 23:07 21.09.2024     54

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində atışma zamanı 2 nəfər ölüb, daha üç nəfər (qızlar-red) xəsarət alıb.

Redaktor.az xəbər verir ki, məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları 20 və 21 yaşlı iki kişinin, 16, 17 və 21 yaşlı qızların yaralandığını müəyyən ediblər,

Yaralılardan ikisi (kişilər-red) xəstəxanada ölüb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Atışmanın təfərrüatı açıqlanmır.