İranda kömür mədənindəki partlayışda ölənlərin sayı 50 nəfəri ötdü - YENİLƏNİB

 14:00 22.09.2024     150

İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

“Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.

Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.

11:05

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərində şaxtada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Xorasan vilayətinin qubernatoru Məhəmməd Əli Axundi məlumat verib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə ölənlərin sayının artması ehtimalı var.

10:01

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib.

Onun sözlərinə görə, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb.

Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir”.